İsrailin müdadfiə naziri növbəti seçkidə namizəd olmayacağını açıqlayıb
İsrailin müdafiə naziri Ehud Barak tutduğu vəzifədən istefa verib. Koalisiya hökumətində mərkəzçi fraksiyanın lideri olan Ehud Barak siyasətdən getdiyini də açıqlayıb. Vəzifəsini ancaq 2013-cü il yanvarın 22-də keçiriəcək seçkiyə qədər icra edəcəyini deyən Barak bu seçkidə namizəd olmayacağını açıqlayıb. Jurnalistlərin siyasətə qayıdıb-qayıtmamaq barədə sualına isə nazir kəskin cavab verib. "Xeyr! Siyasətə qayıtmayacağam. Artıq yazmaq və həyatdan zövq almaq istəyirəm".
Müdafiə nazirinin Qəzzaya qarşı keçirilən son əməliyyatlarda narahat olduğunu və bu səbəblə baş nazir Benyamin Netanyahu ilə fakir ayrılığna düşdüyünü bildirən siyasi şərhçilər hesab edir ki, Ehud Barakın yoxluğunun İsrail siyasətində böyük boşluq yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB