İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai ABŞ-ın Fars körfəzindəki və Oman dənizindəki donanmasının qeyri-qanuni və təxribat xarakterli addımlarından, eyni zamanda ABŞ təyyarələrinin İranın hava məkanını dəfələrlə pozmasından bəhs olunan məktubla ABŞ-dan BMT-yə şikayət edib. SİA-nın verdiyi xəbərə görə, BMT baş katibi Pan Gi Mun və BMT Təhlükəsizlik Şurasına ünvanlanan məktubda bildirilib ki, 2012-ci ilin oktyabr ayında ABŞ donanmasına məxsus təyyarələr Buşəhr şəhəri və Buşəhr Atom-Elektrik Stansiyasının (AES) yerləşdiyi ərazinin üzərindən uçmaqla 7 dəfə İranın hava məkanını pozub.Noyabrın 1-də edilən xəbərdarlıqlara baxmayaraq ABŞ-a məxsus pilotsuz təyyarə isə Fars körfəzi üzərindən uçmaqla İranın hava məkanını pozub.
Həmçinin şikayət məktubunda BMT baş katibindən ABŞ hökumətinin beynəlxalq hüquqa zidd davranmağa davam edəcəyi təqdirdə təxribat xarakterli və təhlükəli hərəkətlərindən məsuliyyət daşıyacağı mövzusunda xəbərdarlıq etməsi, bu ölkəyə qarşı ciddi və qanun çərçivəsində addımlar atması tələb olunub.
Qeyd edək ki, hələ ki ABŞ İranın BMT-yə göndərdiyi şikayət məktubu ilə bağlı heç bir açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB