Həmasdan atəşkəs fətvası

Qəzzanın şərqində yerləşən Xan Delfində atəşkəs razılaşmasının qüvvəyə mindiyi günün səhəri bir fələstinli İsrail əsgərləri tərəfindən vurularaq öldürülüb. 500 metr uzunluğunda olan və ətrafı İsrail tərəfindən tikanlı məftillərlə əhatə olunan sahə Fələstin torpağı qəbul edilib. İsrail müharibədən də öncə bu sahəyə girişi qadağan edib. "Pozuntu" vəziyyətində əvvəlcə havaya xəbərdarlıq atəşi açıb, düşmən tərəf geri çəkilməzsə bunu hucun kimi qiymətləndirib və sərhəddi pozanları öldürüb. Atəşkəsdən sonra da həmin sahəyə girən fələstinlilərə atəş açılması nəticəsində 1 fələstinli ölüb.

Ötən axşam "fətva" nəşr edən Həmas İsrailə qarşı mərmi ya da silahla hər hansı bir hücumun olmasını "Allahın əmrlərinə uyğun gəlilmədiyi" kimi vurğulayıb. Həmçinin Həmas ötən gün İsrail hücumlarının Qəzzaya 1.2 milyard dollar ziyan vurduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə