Mahmud Abbas: "Prioritetimiz müstəqil Fələstin qurmaqdır"

Mahmud Abbas: "Prioritetimiz müstəqil Fələstin qurmaqdır"

Fələstin hökumətinin başçısı Mahmud Abbas Fələstinin qarşısında duran əsas məsələ BMT-nin üzvü olmayan dövlət statusu üçün müraciətdir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Ramallahda Fələstinlilərə müraciət edən M.Abbas bəyan edib.

BMT-nin üzvlüyünə dair fələstinli liderlərin iki il boyunca bir çox maneə və təzyiqlərlə qarşı-qarşıya qalıb."Ancaq mübarizədən heç bir zaman əl çəkmədik. Üzvlük əldə edənə qədər bu missiyanı davam etdirəcəyik" - deyə M.Abbas bəyan edib.

Həmçinin M.Abbas deyib ki, Həmas və İslami Cihad Təşkilatıda özləriylə eyni fikirdədir. "Fələstinlilər olaraq qanuni tələblərimiz beynəlxalq hökumət təməli üzərinə qurulmuş ədalətli bir sülh və paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurmaqdır".

Mahmud Abbas çıxışında bəyan edib ki, əsirlərin geri qaytarılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Qeyd edək ki, Fələstinin BMT-də üzv olmayan dövlət statusu əldə etmək üçün müraciətinə Abbasın iştirakı ilə 29 Noyabr Cümə axşamı günü baxılması gözlənilir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə