ABŞ Dövlət Departamentində yanğın baş verib

ABŞ Dövlət Departamentində yanğın baş verib

ABŞ Dövlət departamentinin binasında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,miş yanğında hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland hadisə ilə bağlı verdiyi açıqlamada deyib ki, yanğın binanın texniki avadanlıq yerləşən hissəsində baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. Binada olan texniki personal işçilərdən bir neçəsi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbləri araşdırılır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə