Keçmiş nazirin evində axtarış aparıldı

Keçmiş nazirin evində axtarış aparıldı

Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukovun evində axtarış aparılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Tədqiqatlar Komitəsindən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin vəzifədən uzaqlaşdırdığı keçmiş müdafiə nazirinin evində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılıb. Araşdırma Komitəsinin nümayəndəsi Vladimir Mark nazirə məxsus 18 fərqli evdə axtarış aparıldığını açıqlayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Serdyukovu vəzifədən azad etdikdən sonra onun məhkəməyə verilə biləcəyini bildirmişdi. Həmçinin V.Putin deyib ki, istintaqın ədalətli keçməsi üçün bu addımların atılması vacibdir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə