Meksikanın adı dəyişdirilir

Meksika Prezidenti Felipe Kalderon Konqresə ölkənin rəsmi adının dəyişdirilməsi ilə bağlı müraciət edib. SİA-nın xarici mətbuta istinadən verdiyi xəbərə görə, prezident Meksika Birləşmiş Ştatlarının dəyişdirilməsi və onun sadəcə Meksika adlandırılması təklifini irəli sürüb.

"Bizə artıq başqa ölkələrin adlarını yamsılamaq lazım deyil. Söz oyununa görə bağışlayın, amma Meksika elə Meksikadır", - Prezident bəyan edib.

Məlumat üçün bildirək ki, Meksika rəsmi adını XIX əsrdə müstəqillik qazanmasından sonra əldə edib. Belə ki, ABŞ-dan nümunə götürən yeni dövlətin rəhbərliyi qonşuların siyasi sistemini nisbətən daha mütəqərri hesab edib. Yeri gəlmişkən, Meksikanın tam adından yalnız rəsmi sənədlərdə və mərasimlərdə istifadə olunur, həmçinin bu ad sikkələrin üzərində həkk olunub.

Qeyd edək ki, Kalderon noyabrın 30-da öz vəzifəsini tərk edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə