5 ölü, 11 yaralı
Türkiyədə zavodda partlayış

Bu gün Türkiyədə bir zavodda ammonyak çənində partlayış baş verib.Samsunun Tekkeköy rayonunun Sənaye məhəlləsindəki zavodda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Partlayışa səbəb ammonyak maddəsinin olduğu çəndə təmir işləri aparılan zaman çənin qapağının çökməsi olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə