Televiziya hücuma məruz qaldı

Etiraz aksiyasının iştirakçıları "Əl-Cəzirənin" Qahirədəki ofisinə hücum ediblər. "France-Presse" agentliyinin verdiyi xəbərə görə, Təhrir meydanının yaxınlığında yerləşən "Əl-Cəzirə" televiziyasının ofisinə hücum edən bir dəstə adam buraya "Molotov kokteyli" atıblar.

Kanalın əməkdaşlarından heç kəs zərər çəkməyib. Binanın fasadına ciddi ziyan dəydiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə