İran öz donanmasının imkanlarını nümayiş etdirmək üçün hərbi dəniz qüvvələrini Atlantik okeana göndərməyi planlaşdırır
Yanvarda İran ölkənin cənub-şərq sahillərində hərbi dəniz təlimləri keçirəcək. Bu barədə İİR-in HDQ komandanı, kontr-admiral Həbibulla Səyyari məlumat verib. Xəbəri FARS agentliyi yayıb.
Səyyari bu barədə jurnalistlərə parlamentin qapalı sesiyasından sonra məlumat verib. Onun sözlərinə görə, İran gələcəkdə öz donanmasının imkanlarını nümayiş etdirmək üçün hərbi dəniz qüvvələrini Atlantik okeana göndərməyi planlaşdırır.
Sentyabrda Səyyari bəyan etmişdi ki, İranın hərbi dəniz qüvvələri ölkənin maraqlarının müdafiəsi məqsədilə beynəlxalq sularda öz iştirakını genişləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB