Növbəti dəhşətli epidemiya: xolera

Növbəti dəhşətli epidemiya: xolera

Sendi qasırğasının ardınca Haitidə xüsusilə düşərgələrdə yaşayanlar arasında yayılan xolera epidemiyasından 44 nəfər ölüb. Səhiyyə Nazirliyindən verilən açıqlamada, son 1 ayda 44 adamın xolera səbəbindən öldüyü, 5 mindən çox insanın isə bu epidemiyaya yoluxduğu bildirilib. Nazirlik epidemiya ilə mübarizədə beynəlxalq səhiyyə mərkəzlərindən də kömək istədiyini deyib.

Xatırladaq ki, Haitidə 2010-cu ildə də xolera epidemiya yayılıb və 7600 nəfər bu səbəbdən həyatını itirib. Cari ildə isə Sendi qasırğası səbəbilə meydana gələn şiddətli yağışlar və kanalizasiya sistemindəki çatışmazlıqlar epidemiyanın ortaya çıxmasına səbəb olub.

Məlumat üçün bildirək ki, su və nəcislə yoluxan xolera mikrobu ümumiyyətlə kanalizasiya sistemi olmayan bölgələrdə epidemiyaya çevrilir.

Bütün xəbərlər Facebook səhifəmizdə