Ölənlərin sayı 95-ə çatdı

İsrailin 6 gündür fasiləsiz davam etdirdiyi hücumlarda Qəzzada ölənlərin sayı 95-ə, yaralıların sayı isə 736-ya çatıb. SİA-nın məlumatına görə, bu gün səhər saatlarında Qəzza zolağına edilən aviazərbələr nəticəsində 3 nəfər həlak olub.

Qəzzə səhiyyə orqanlarının məlumatına görə, yaşayış evinə endirilən aviazərbələr nəticəsində 5 yaşlı uşaq da daxil olmaqla bir ailənin 3 üzvü öldürülüb. HƏMAS hərbi qanadı, rəsmi bəyanatda qətliyamın cəzasız qalmayacağını bəyan edib.

İsrail hərbi sözçüsü isə hücum zamanı HƏMAS-ın raket buraxılan məntəqəsinin hədəfə alındığını desə də, dinc sakinlər arasında itkilərin olduğunu etiraf edib. Habelə fələstinli döyüşçülər də İsrailin hücumlarına raket zərbələri ilə cavab verib. İsrailin baş naziri nazirliyin həftəlik yığıncağındakı çıxışı zamanı bildirib ki, İsrail müdafiə qüvvələri apardığı əməliyyatlarda ciddi irəliləyişə nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə