Fransa prezidenti Fransua Ollandın İsrailin son günlər Qəzzaya etdiyi hücumlarla bağlı olaraq Xarici İşlər Naziri Laurent Fabiusu İsrailə göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Laurent Fabius İsrail prezidenti Şimon Perselə görüşüb. Qəzzadakı vəziyyətlə bağlı İsrail prezidenti qonaq nazirə deyib: " İsrailin özünü müdafiə etməkdən başqa çarəsi qalmamışdı".
Müharibə yox sülh istədiklərini bildirən Peres "İsrailin məqsədi cənubdan atılan raketlərin qarşısını almaq və son qoymaqdır".
Fransa Xarici İşlər Nazir vəziyyətlə bağlı deyib: "Vəziyyət İsrail üçün çox pisdir. Ancaq Qəzzada da ölənlər var. Bölgədə fövqəladə vəziyyətdir. Mümkün olduğunca tez bir zamanda atəşkəs lazımdır".
Fransa Xarici İşlər naziri Laurent Fabiusun baş nazir Binyamin Netenyahu və Fələstin dövlətinin başçısı Mahmud Abbasla da görüşəcəyi gözlənilir.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB