Şimali Koreyada ilk dəfə

KXDR tarixində ilk dəfə "Analar Günü" qeyd olunur

Bu gün KXDR tarixində ilk dəfə "Analar Günü" qeyd olunur. Məhz 1961-ci ilin bu günündə ölkənin birinci prezidenti və qurucusu Kim İr Sen "Anaların vəzifəsi və uşaqların tərbiyəsi" adlı məruzə ilə çıxış etmişdi.

Qeyd edək ki, dünən Pxenyanda Şimali koreyalı anaların 4-cü mili qurultayı keçirilib. Tədbirdə ölkənin hər yerindən gələn çoxuşaqlı analar, uşaq bağçasının müəllimləri hərbçi xanımları istahsalat qabaqcılları iştirak edib. Ölkənin inkişafında xüsusi fəal xanımlar mükafatlandırılıb, orden və medallarla təltif olunub.

Bundan əlavə qurultayda Rusiya, çin və Yaponiyadan da xarici nümayəndələr iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə