Uruqvayın keçmiş prezidenti Xosr Mujiçanın yaşadığı köhnə bir kənd evində yaşayır
Dünyanın bu ölkəsində bir keçmiş prezident var ki, onun əsl həyatını görüncə heyrətdən donub qalacaqsınız. Uruqvayın keçmiş prezidenti Xosr Mujiçanın yaşadığı köhnə bir kənd evinin həndəvərindəki hündür otlar az qala bu balaca daxmanı görünməz edir.
Evdən bir az aralı gəzişən iki polis əməkdaşı və üç ayaqlı bir itdən başqa buralarda heç kimsə görünmür. Hündür otların arasından keçib həyətə daxil olduqda ilk görünən şey bir paltar asmaq üçün həyətin bir tərəfindən digər tərəfinə uzadılmış nazik kəndir və üzərindən asılmış paltarlar olur.
Həyətin bir küncündə köhnə su quyusu nəzərə çarpır. Kənardan görüncə hər kəsin "yəqin yoxsul bir qarı-qocanın daxmasıdır" deyib keçəcəyi bu evidə, içində keçmiş prezidentin yaşadağı haqda heç bir iz yoxdur.
Mujica istefaya çıxdıqdan sonra ona kəsilmiş aylıq 12 min dollarlıq keçmiş prezident maaşının 90%-ni yoxsullara bağışladıqdan sonra dünyanın ən kasıb prezidenti adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB