Helikopter qəzaya uğrayıb

Mərakeşin cənub-qərbindəki Qalmim bölgəsində hərbi helikopter qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 9 nəfər ölüb, 2-si isə yaralanıb. Yaralılar Qalmin bölgəsində yerləşən xəstəxanaya yerlşdirilib. Rəsmilər isə hadisə ilə bağlı açıqlama verməyiblər.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə