Çinin yeni prezidenti seçildi
Yeni prezident seçildi

Si Tsinpin Kommunist partiyasının XVIII qurultayında Çinin yeni prezidenti və kommunist partiyasının rəhbəri seçilib. SİA-nın BBC-yə istinadən məlumatına görə, o həmçinin Kommunist Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədri təyin edilib.

Si Tsinpin növbəti 10 ildə ölkəyə rəhbərlik edəcək. Qələbə çıxışı zamanı Tsinpin ölkəsində korrupsiya ilə bağlı problemlər olduğunu dilə gətirib və onları həll edəcəyinə söz verib.

Qeyd edək ki, Si Tsinpin prezident kimi Hu Tsintaonu əvəz edib. Tsintaonun hakimiyyətdə olduğu 10 il ərzində qlobal maliyyə böhranına baxmayaraq, ölkə iqtisadiyyatında qeyri-adi inkişaf müşahidə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə