Həmas Türkiyədən diplomatik yardım istəyib

Həmas Türkiyədən diplomatik yardım istəyib

Həmas İsrailin Qəzzaya etdiyi bombalı hücumların ardından Türkiyədən hücumların dayandırılması üçün diplomatik yardım istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Həmasın rəsmi sözçüsü Sami Əbu Zehrinin verdiyi açıqlamada Türkiyəni Qəzzada İsrail ordusu tərəfindən həyata keçirilən hücumları dayandırmaq üçün diplomatik danışıqlara dəvət edib: "Türkiyənin İsrail hücumlarının qarşısına keçməsini və bunun üçün diplomatik səylərini artırmasını istəyirik".

Sami Əbu Zəhri İsrail tərəfindən Həmasın hərbi qanadının komandiri Əhməd əl-Caberiyə edilən suiqəsdin "böyük bir müharibə səbəbi" olduğunu və bunun cəzasını çəkməsinin gərəkdiyini deyib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə