Türkiyənin Baş naziri "Öcalanın heykəlini ucaldacağıq" deyən BDP sədrinə cavab verib
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Öcalanın heykəlini ucaldacağıq" deyən Barış və Demokratiya Partiyasının (BDP) sədri Selahəddin Dəmirtaşa cavab verib.
AKP-nin iclasında çıxış edən R.T.Ərdoğan BDP sədrinin ünvanına təhqiramiz sözlər səslənidirb: "Dünən BDP-nin həmsədri, terror təşkilatının liderinin şərəfinə heykəl ucaldacaqlarını açıqlayıb. Qəlb daşdan olanda ruh da belə betondan xəyallar görər. Dünyanın hər yerində diktatorların heykəlləri dağıdılır, bunların xəyallarına bax. Bunu dəfələrlə demişəm. BDP şərqin, cənub-şərqin CHP-si olmaq yolunda əmin addımlarla irəliləyir. Heykəl hadisəsi də ortaya atıldı, aradakı fərq tamamilə ortadan qalxdı. Bu millət, yeni bir CHP-yə, faşizm dalğasına icazə verməz".
Xatırladaq ki, BDP sədri dünənki PKK terror təşkilatı lideri Abdulla Öcalanın heykəlini ucaldacaqlarını demişdi: "Kürdlərin qatili Kənan Evrənin posterləri asılırsa, Öcalanın posteri niyə asılmır? Onun posterleri məktəblərdə meydanlarda asılır, Kürd xalqının liderinin, öndərinin posteri niyə asılmamalıdır? Asılacaq, biz hələ Abdulla Öcalanın heykəlini də ucaldacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB