Saakaşvilinin istefası reallaşır

Prezidentin postunu tərk etməsi üçün imzalar toplanır
Saakaşvilinin istefası reallaşır

Gürcüstanın yeni hökuməti söz verdiyi kimi prezident Mixail Saakaşvilinin kürsüsündən uzaqlaşdırılması yönümündə addımlarını sərtləşdirib. SİA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, İnsan Haqları Uğrunda Birlik qeyri-hökumət təşkilatının rəhbəri Mixail Anquladze verdiyi açıqlamasında bildirib ki, imzatoplama prosesi bütün ölkə ərazisində aparılacaq.

Xəbərdə deyilir ki, artıq tanınmış mədəniyyət xadimləri – yazıçılar Cansuq Çarkviani və Çabya Americiba, həmçinin rejissorlar Rezo Çxeidze və Qiqa Loptkipanidze prezidentin istefası üçün öz imzalarını atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə