Rusiya ABŞ-dakı Sendi qasırğasının fəsadlarının daha tez bir zamanda aradan qaldırılması məqsədilə ABŞ-a humanist təklif göndərib. Rusiyanın Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, qasırğadan zərər çəkmiş insanlar üçün yardım daşıyan iki yük təyyarəsi ötən gün axşam saatlarında Moskvadan New Yorka doğru hərəkət edib. Məlumata görə, hər iki yük təyyarəsində təxminən 50 ton yardım vəsaiti olub.
Rusiyanın bu addımı ABŞ-la yardımlaşma əlaqələrində ilkdir.
Xatırladaq ki, ABŞ-da meydana gələn Sendi qasırğası 100-dən çox insanın ölümünə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB