ABŞ parçalanır...

Barak Obama ikinci dəfə prezident seçildikdən 1 həftə sonra ABŞ-da ştatların parçalanması başlayıb. Belə ki, Luisiana və Texas əyalətlərində ABŞ-dan qopmaq məqsədilə imza kampaniyaları başlanıb. Luisiana ştatının 3 mindən çox vətəndaşı "online" imza kampaniyası ilə Ağ Evə ərizə göndərib. Ərizədə: "Sülhsevər bir şəkildə birlikdən qopmaq və özümüzü idarə etmək istəyirik", -deyilib. Ağ Ev ərizəni öz internet səhifəsində yerləşdirib. Ştat yeni bir prezident seçmək haqlarının olduğunu da bildirib.

Texas da Luisiananı dəstəkləyib və ərizə kampaniyası başlayıb. Ərizədə dünya iqtisadiyyatında 15-ci yerə sahib olan Texasın vətəndaşlarının rifah səviyyəsini qorumaq üçün birlikdən ayrılmaq istədiyi qeyd olunub. Həmçinin ərizədə prezident Obama da hədəfə tuş gəlib.

Əgər hər iki ərizə 7 dekabr tarixinə qədər 25 min imza toplaya bilsə, onda Ağ Ev bu tələblərə qarşı rəsmi cavab vermək məcburiyyətində qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə