Azad Suriya Ordusundan İngiltərəyə xəbərdarlıq!

Azad Suriya Ordusundan İngiltərəyə xəbərdarlıq!

Azad Suriya Ordusu (ASO) İngilis qüvvələrinin Suriyaya girməsinə icazə verilməsi üçün müxalifətlə koordinasiyanın şərt olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ASO-nun siyasi müşaviri Bessam et -Dadenin verdiyi açıqlamada bildirib ki, "Suriya sahibsiz deyil ki, İngiltərə istədiyi zaman Suriyaya girsin".

Müşavirin dediyinə görə, müxalifətlə koordinasiyalı işlənilməzsə ASO Bəşər Əsəd qüvvələri ilə ingils birlikləri arasında fərq görməyəcəklərini və onları da düşmən olaraq görəcəklərini bildirib.

Başqa bir fikrində Dade: "Biz İngilislərə güvənmirik, Suriya torpaqlarında olmaq niyyətlərini pis hal olaraq dəyərləndiririk. İngiltərənin rejimi süqut etdikdən sonra ölkəni bölməyə çalışacaqlar".

Xatırladaq ki, müdafiə naziri Filip Hammond da daha bir qədər öncə "Hərbi müdaxilə ehtimalını gizlətmirik" şəklində bəyanat vermişdi.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə