"Türkiyənin keçmiş prezidenti Turqut Özalın 1993-cü ildə zəhərlənməsi və ölümündə Avropa İttifaqının, o cümlədən Almaniyanın əli var". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda "Haberturk" qəzetinə müsahibəsində keçmiş prezidentin oğlu Əhməd Özal bildirib.
Əhməd Özalın sözlərinə görə, Fransanın da onun atasının ölümü ilə əlaqəsi ola bilər.
Xatırladaq ki, bir qədər öncə "Bugün" qəzeti Türkiyənin keçmiş prezidenti Turqut Özalın cəsədindən götürülən nümunələrin analizinin zəhərlənmə əlamətlərini aşkara çıxardığı barədə məlumat yaymışdı.
Qəzetin məlumatına görə, analiz üçün götürülən nümunələrdə Özalın ölümünə səbəb olan çox güclü təsirə malik "striknin keratin" maddəsinin qalıqları aşkar edilib.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB