Rusiya ilə müqavilə bitdi!

İraq hökuməti Rusiya ilə bağladığı 4,2 milyon dollarlıq silah müqaviləsini ləğv edib. SİA xəbər verir ki, Rusiya səfərindən geri dönən baş nazir Nuri Əl-Maliki müqavilədə bəzi əksikliklərin olduğunu və bunları aradan qaldıranadək müqavilənin etibarsız olduğu şəklində açıqlama verib. Rusiya tərəfindən isə açıqlamaya münasibət bildirilməyib.

Xatırladaq ki, bu müqaviləyə əsasən İraq Rusiyadan 30 ədəd Mİ-28 hərbi vertolyot və 42 ədəd Pantsir-S1 raketdən müdafiə sistemi almağı planlaşdırırdı.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə