İraqda silsilə partlayışlar baş verib

İraqda silsilə partlayışlar baş verib

Bu gün İraqın müxtəlif bölgələrində şiddətli partlayışlar baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə partlayışlar nəticəsində 7 nəfər ölüb, 8-i isə yaralanıb.

İraq Daxili İşlər Nazirliyi rəsmilərinin verdiyi açıqlamaya görə, Bağdaddan 100 km cənubundakı Babil şəhərinin Bab Məşhəd bölgəsində bomba yerləşdirilmiş maşının partladılması nəticəsində 3 nəfər ölüb, 8-i yaralanıb.

Təhlükəsizlik qüvvələri əməkdaşları ola biləcək növbəti partlayışın qarşısını almaqdan ötrü gücləndirilmiş iş rejiminə keçiblər. Bundan başqa Bağdadın Əl-Amiriyə bölgəsini elektrik enerjisi ilə təchiz edən generatorun partladılması nəticəsində bölgəyə elektrik enejisinin verilməsi dayandırılıb. Partlayışda 4 nəfər ölüb.

İraq Təhlükəsizlik qüvvələri hadisəni törədən şəxsləri tapmaq üçün Əl-Amiriyə bölgəsinin giriş çıxışlarını bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə