Yenidən ABŞ prezidenti seçilən Barak Obama zəfər nitqi ilə amerikalılara müraciət edib. SİA-nın məlumatına görə, Çikaqodakı seçki mərkəzinə toplaşan demokratlara "Daha görəcək xoşbəxt günlərimiz var. Özümüzü topladıq. Mübarizə aparıb yenidən geri qayıtdıq. Xoşbəxt günlərimiz hələ gəlməyib", -deyə müraciət edib. Daha sonra B.Obama: "Keçmiş müstəmləkənin öz müqəddəratını təyin etmə hüququnu əldə etməsindən 200 ilə yaxın vaxt keçib. Biz yenə də birlikdəyik və bunu daha da mükəmməlləşdiririk. Bu irəliləmə sizin sayənizdə olub. Biz amerikan ailəsiyik, tək bir xalqıq və birlikdə yüksəlirik, birgə düşünürük".
Respublikaçı rəqibi ilə görüşüb onunla necə işləyə biləcəyini deyən B.Obama " mükəmməl mübarizə apardıq, ancaq bunu ölkəmizi çox sevdiyimiz üçün etdik", -deyə bildirib
Obama zəfər çıxışının sonunda ölkəni irəli aparmaq üçün uzlaşmanın şərt olduğunu vurğulayaraq, "Seçki kampaniyası zamanı qütbləşmiş cəmiyyətin bir araya gəlməsi əsas şərtdir", -şəklində mesaj verib.
Çıxışı zamanı Obamanı həyat yoldaşı Mişel Obama, qızları Saşa və Maliya da tək qoymayıblar.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB