Manyak özü sağ qaldı?

ABŞ-ın Kaliforniya ştatının Fresko şəhərində yeyinti istehsalı üzrə müəssisədə Lourens Cons adlı işçi öz həmkarlarına odlu silahdan atəş açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Daha sonra özünə də atəş açan manyak təsadüf nəticəsində sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə