Sendi seçkilərə də təsir edib

Sendi seçkilərə də təsir edib

Tropik fırtına Sendinin dağıtdığı ABŞ-ın şərq əyalətlərində seçkinin problemsiz keçməsi üçün bir sıra tədbirlər görülüb.

New Jersey Qubernatoru Chris Christi dünən bir mətbuat konfransı təşkil edərək, seçicilərin məktub yoluyla səs verməsinin təmin ediləcəyini açıqlayıb: "Fırtınaya görə evinizi tərk etmək məcburiyyətində qaldınızsa, e-poçt ya da faksla səs verə bilərsiniz. Bundan başqa səs vermək üçün altı fərqli üsulunuz var. E-poçt və faks variantı yalnız fırtınadan sonra evlərinə qayıda bilməyənlər üçündür".

Qeyd edək ki, New Yorkda da bənzəri üsullar tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə