Somali Quldur gəmisi batdı: 11 ölü

Somali Quldur gəmisi batdı: 11 ölü

Somali quldurlarını daşıyan gəmi Liviya sahillərindən 56 kilometr aralıda batıb. SİA -nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 quldur ölüb, 70 - i isə sağ ələ keçirilib.

İtaliya sahil təhlükəsizlik nümayəndələrinin verdiyi açıqlamaya görə sağ ələ keçirilən quldurlar Lampedusa adasına aparılıb. Gəminin hansı şəraitdə batması haqqında isə məlumat verilmir.

Hazırda İtaliya sahil təhlükəsizlik xidmətinin helikopter və qayıqları tərəfindən sağ qalanların axtarışı davam etdirilir.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə