Çin hökumətinə məxsus 4 gəmi Şərqi-Çin dənizində, Senkaku adalarının yaxınlığında Yaponiyanın ərazi sularına daxil olaraq 3 saat orada qalıblar. Yaponiyanın sahil mühafizəsi idarəsinin yaydığı məlumata əsasən, Çinə məxsus üç gözətçi gəmisi bir-birinin ardınca şimaldan, Uoçuri adaları tərəfdən Yaponiyanın ərazi sularına daxil olaraq saat 11:40 dəqiqədən saat 15:00 radələrinədək burada qalıblar.
Sahil mühafizəsi Yaponiyanın ərazi suları yaxınlığında hərəkət edən həmin gəmiləri izləməkdə davam ediblər.
Artıq 3 gündür ki, Çin hökumətinə məxsus gəmilər Yaponiyanın ərazi sularına fasiləsiz olaraq daxil olmağı davam etdirirlər. Sentyabrın əvvəllərindən başlayaraq, Yaponiya hökuməti həmin adaları yapon vətəndaşından aldıqdan sonra Çin gəmiləri 11 dəfə Yaponiyanın ərazi sularına daxil olublar.
Yaponiya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi həmin hadisə ilə bağlı Çinə etiraz bəyənatı verib. Bu məqəsədlə Yaponiya xarici işlər nazirinin müavini Tikao Kavai Çinin Yaponiyadakı səfiri Çen Yunxuaya telefonla zəng edib.
T.Kavai bildirib ki, Çinin hökumət gəmilərinin tez-tez dəniz sərhədini keçərək Yaponiyanın ərazi sularında qalması qətiyyən yol verilməzdir. O vurğulayıb ki, gəmilər təcili olaraq həmin ərazini tərk etməlidirlər.
Nazir müavininin sözlərinə görə, bu cür hərəkətlər vəziyyəti sabitləşdirmək və danışıqlar üçün daha sakit atmosfer yaratmaq istiqamətində hər iki tərəfin cəhdlərinə mane ola bilər.
Səfir Çen Yunxua isə öz hökumətinin həmin adaların Çinə məxsus olması barədə fikrini bir daha təkrar edib.
Vüqar Ağayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB