"Erməni xalqının ağır iqtisadi durumdadır"

"Erməni xalqının ağır iqtisadi durumdadır"

Erməni xalqının ağır iqtisadi vəziyyəti həyəcan doğurur. Bu fikiri Böyük Britaniyanın Ermənistanda uşaqlara yardım göstərən missiyasının rəhbəri Domitill Lagurg Parisdə nəşr olunan " Ermənistan xəbərləri " jurnalına verdiyi müsahibəsində deyib. Məlumatı AzərTAc-ın müxbiri verib.

Missiya rəhbəri bildirib ki, ölkədəki ağır iqtisadi vəziyyət əhalinin əksəriyyətini dilənçi kökünə salıb. Biz bir neçə il əvvəl ölkəni necə tərk etmişdiksə, qayıdarkən yenə yoxsulluğun əvvəlki illər kimi tüğyan etdiyinin şahidi olduq. Sosial imkanlardan əsər-əlamət yoxdur. Əməkhaqqının cüzi artırılması bazarlarda qiymətlərin dərhal yüksəlməsinə səbəb olub. Ermənistanda həyat çox bahadır. Yerevamda bir ailəni ərzaqla təmin etmək üçün ayda 400 avro tələb olunduğu halda, ölkədə orta aylıq əməkhaqqı 200 avrodur. Bundan başqa, enerji və qazın qiymətləri həddindən artıq yüksəkdir. Ölkənin şimalındakı kəndlərdə, xüsusilə Tavuş rayonunda nə içməli su, nə də qaz vardır. Bir sözlə, erməni xalqının ağır iqtisadi vəziyyəti həyəcan doğurur.

Bütün xəbərlər Facebook səhifəmizdə