“İsrail PKK-ya dəstək verir“

“İsrail PKK-ya dəstək verir“

"Bu il öldürülən PKK terrorçuları arasında 23 İsrail vətəndaşı var"

2012-ci ildə öldürülən terrorçuların 4-də 3-nün İsrail, Iraq, Suriya və Ermənistan vətəndaşları olduğu ortaya çıxıb. Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı Tamer Korkmaz bu faktı önə çəkib.

Onun bildirdiyinə görə, bu il öldürülən PKK terrorçuları arasında 23 İsrail vətəndaşı var: "Mən İsrail vətəndaşı olan kürdlərdən bəhs etmirəm. Söhbət İsrailin dövlətinin PKK-çı kimi Türkiyəyə yerləşdirdiyi terrorçulardan gedir".

Tamer Korkmaz digər ölən terrorçuların İraq, Suriya və Ermənistan vətəndaşları olduğuna da diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə