ABŞ-da prezident postuna əsas namizədlərin seçkiqabağı reklam kampaniyasına çəkdiyi xərcin ümumi miqdarı 1 milyard dollara çatır. SİA -nın məlumatına görə, respublikaçı Mitt Romninin seçki qərargahı və tərəfdarları reklam məqsədilə 573,2 milyon dollar, Obamanın komandası isə 394,4 milyon dollar xərcləyiblər. Bu, 2008-ci il prezident seçkilərində hər iki partiyanın reklam məqsədilə xərclədiyi vəsaitdən iki dəfə çoxdur.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək. Keçirilən son sosioloji sorğulara görə, hazırkı prezident Barak Obama və respublikaçıların namizədi Mitt Romninin seçkilərdə qalib gəlmək şansı bərabərdir.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB