Çində təbii fəlakət baş verib

Çində təbii fəlakət baş verib

Pis hava şəraiti Çini iflic edib. SİA-nın məlumatına görə, Çini ağuşuna alan Son-Tihn tayfunu 1 milyon 260 min insanın həyatı üçün təhlükə yaradıb. Ölkənin cənubunda yerləşən Haynan əyalətində 1 nəfər ölüb, 6-sı isə itkin düşüb.

Xatırladaq ki, Çindən öncə Vyetnam və Filippini cənginə alan tayfun bu ölkələrdə 34 nəfərin həyatına son qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə