Avropanın ən qədim şəhəri

Bolqarıstanda həyata keçirilən qazıntı işləri nəticəsində qitənin ən qədim yaşayış məskəni aşkar edilib.

Bolqarıstanın şimal-şərqində yerləşən Provdaya bölgəsində aparılan qazıntılar nəticəsində Avropanın ən qədim yaşayış məskəni tapılıb. Arxeoloqlara görə təxminən 350 nəfərin yaşadığı şəhərin tarixi miladdan öncə 4700 - 4200 cü illərə təsadüf edir. Şəhərin qədimdə duz istehsalı mərkəzi olduğu bildirilir.

Xatırladaq ki, bu bölgədə 40 il öncə qədim tarixə malik qızıl tapılmışdı.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə