Bengal Körfəzindən gələn tropik bir qasırğaya hazırlaşan Hindistanda 100 mindən çox adam evlərindən evakuasiya edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu addım cənubi Bengal Körfəzindən gələn tropik qasırğaya hazırlıq məqsədi daşıyır. Rəsmilərin dediyinə görə, sürəti saatda 100 km olan külək sürətlə ölkəyə yaxınlaşır. Artıq bölgədə güclü yağışlar yağmağa başlayıb.
Qeyd edək ki, qasırğa bu sürətlə davam edərsə, Tamil Nadu və Andra Pradeş əyalətlərinin su altında qalacağı bildirilib.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB