Bu, yalnız Çində baş verə bilərdi

24-cü mərtəbədən yıxılan 6 yaşlı uşaq sağ qaldı
Bu, yalnız Çində baş verə bilərdi

Çin şəhərlərinin birində 6 yaşlı uşaq balkondan yıxılsa da, sağ qalıb. Xarici mətbuatın verdiyi xəbərə görə, qızcığazın həyatını kondisioner xilas edib. Belə ki, balaca onun üzrəinə düşərək yerə çırpılmaqdan xilas olub.

Xəbərə əsasən, uşağı nəzarətsiz qoyan valideynləri evi tərk ediblər. Qızcığac isə balkona çıxıb və təsadüfən yıxılıb.

Hazırda uşaq xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib. Onun bədənində çoxlu sınıqlar olsa da, həkimlər balaca çinlinin həyatının təhlükədə olmadığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə