"Sendi"nin fəsadları

"Sendi" qasırğası ABŞ-a ziyan vurmaqda davam edir. SİA-nın xarici mətbauata istinadən verdiyi xəbərə görə, ən güclü qasırğalardan olan "Sendi" artıq ABŞ-da 16 nəfərdən çox insanın həyatına son qoyub. İddiaya görə, okeandan gələn köpək balıqları şəhərin küçələrinə kimi gəlib çıxıb.

Nyu-Yorkda isə azı 7 metro tunelini və avtobus dayanacaqlarını su basıb. Elektrik enerjisinin verilməsində problem yarandığı üçün minlərlə ev qaranlığa qərq olub. Qasırğa Nyu-Cersi ştatında su anbarının bəndini dağıdıb. Nəticədə Munaçi, Litl-Ferri və Karlştad şəhərləri su altında qalıb. Bu şəhərlərdə suyun hündürlüyü 1 metrə yaxınlaşır. Əhali evakuasiya edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə