Erməni “qanuni oğru”lar tutuldu

Erməni “qanuni oğru”lar tutuldu

Cinayətkar qrup Rusiya ərazisinə narkotik maddə nəqli ilə məşğul olubMoskvada dünən polis "oğru yığıncağı"nı dağıdıb və beş kriminal "avtoritet"i tutub. Bu barədə "İnterfaks" məlumat verib. Moskva restoranlarından birində keçirilmiş xüsusi əməliyyat zamanı polis Ermənistan əsilli iki nəfəri saxlayıb: bunlar Artyom Lipetski ləqəbli Artyom Arakelyan və Surençik ləqəbli Suren Avetisyan olublar. Onların hər ikisi "qanuni oğru" statusundadır və Rusiya ərazisinə narkotiklər göndərən cinayətkar qruplaşmada fəaliyyət göstəriblər.

Faktla bağlı cinayət işi qaldırıblar.

Başqa tutulanlar barədə hələ ki, heç nə bildirilmir.

Qeyd edək ki, yalnız Rusiyada deyil, hətta Amerikada da erməni cinayətkar qruplaşmalarının artmasını ilk öncə Ermənistanın hakimiyyət sahiblərinin öz kapitallarını etibarlı şəkildə gizlətməsi ilə bağlayırlar. Sadə insanların isə heç nəyi yoxdur, onlardan heç nə oğurlamaq mümkün deyil və bu ölkədə belə insanlar böyük əksəriyyəti təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə