Rusiyanın Oxot dənizində şiddətli fırtınada 9 nəfərlik heyətlə birlikdə itən gəmidə 700 ton qızıl yükü olduğu açıqlanıb. Ötən gün səhər saatlarından etibarən quru ilə əlaqəsi kəsilən Amurskaya yük gəmisində olan qızılın təxmini dəyərinin 250 milyon dollar olduğu bildirilib.
İtən gəmidən yardım siqnalı göndərildikdən sonra Novik adlı tanker və iki balıqçı qayığı axtarışlara başlayıb və hələ də axtarış işləri davam edir. Havaların pis keçdiyinə və fırtınanın davam etdiyinə görə Be-200 təyyarəsi çalışmalara ara verib.
Qeyd edək ki, daha öncəki məlumatda gəmi heyyətinin 11 nəfər olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB