Polis Ulus meydanında toplaşan və yürüş keçirmək istəyən vətəndaşlara qarşı gözyaşardıcı qazdan və təyziqli sudan istifadə edib. Gözyaşardıcı qaz media nümayəndələrinə də təsir edib. Polis barrikadasını aşan Kılıçdaroğlu ve CHP-lilərə də qarşı gözyaşardıcı qazdan istifadə olunub.
İlk öncə Məclis önündə təşkil olunan Cumhuriyyət Bayramında Ulus meydanından Anıtqəbrə doğru yürüş etmək istəyən qpupa polislər müdaxilə edib. Cumhuriyyət Bulvarında yaradılan polis barrikadasını dağıtdıqdan sonra yürüş iştirakçıları şüarlar səsləndirərək Anıtqəbrə doğru yürüşə başlayıblar.
Polisin hadisəyə müdaxilə etməsi nəticəsində ətrafdakı bəzi maqazinlərin şüşələri sınıb. Baş verən qarşıdurma nəticəsində yaralananlar olub və onlar təcili tibbi yardımın nəzarətinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB