Ukraynada keçirilən parlament seçkisi yekunlaşıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, artıq hansı partiyanın seçkidə üstün olduğu da müəyyənləşib. Ukraynada parlament seçkisində hakim "Regionlar" partiyası liderlik edir. İlkin nəticələrə görə, partiya səslərin 36, 61% ni toplayıb. Müxalifət partiyası "Batkivşina" 21,02%, "Kompartiya" isə 15,28% səs toplaya bilib.
Ukrayna mətbuatının xəbərlərinə görə, növbəti yerlərdə məşhur boksçu Vitali Kliçkonun "Udar"(Zərbə) partiyası (12,64%), milliyətçilərin "Svoboda" partiyası (7,58%) yer alıb.
Qeyd edək ki, beş illik müddətə seçiləcək 450 parlamentarinin yarısı proporsional, yarısı isə majoritar sistemdə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB