İrəvan - dünyanın sürətlə məhv olan şəhəri

İrəvan - dünyanın sürətlə məhv olan şəhəri

BMT-nin siyahısına əsasən bu şəhər 24-cü pilləni tutur

Ermənistanın paytaxtı İrəvan sürətlə ölən şəhərlər siyahısına düşüb. BMT-nin hesabatları əsasında hazırlanan siyahıda 28 şəhərin adı var. İrəvan siyahının 24-cü pilləsini tutub.

Reytinq siyahısının hazırlanmasında 1990-2010-cu illərdə əhalisi 750 mindən çox olan sakinlər haqqında məlumatlar götürülüb. Bundan əlavə 2025-ci ilə məskunlaşma proqnozundan istifadə edilib.

Ən məhv olmuş şəhər siyahısının birincisi isə Rusiyanın Nijni Novqorod şəhəri olub. Belə ki, adıçəkilən şəhər 1990-cı illə müqayisədə 2025-ci ilə kimi əhalisinin 12 %-ni itirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə