"Danışıqlar masasına oturmağa hazırıq”

"Danışıqlar masasına oturmağa hazırıq”

İsrail "Mavi Mərmərə" böhranından sonra Türkiyə ilə aralarında yaranmış diplomatik böhranın aradan qaldırılması üçün danışıqlar masasına oturmağa hazır olduğunu bildirib. İsrailin xarici işlər nazirliyinin siyasət sektorunun rəhbəri Kinhas Havivi verdiyi açıqlamada "Problemləri unudub gələcəyə baxmalıyıq" deyib. Həmçinin Havivi Türkiyə-Suriya məsələsində danışıqlar aparmaq istədiyini də vurğulayıb.

Qeyd edək ki, 31 may 2010-cu il tarixində Qəzzaya yardım məqsədilə yola çıxan heyyət üzvlərinə qarşı İsrail tərəfindən basqın düzənlənib və nəticədə 9 türk vətəndaş ölüb. Mavi Marmara hadisəsindən sonra Türkiyə-İsrail münasibətləri pisləşməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə