Metsamorda toqquşan maraqlar

Cümşüd Nuriyev: "Metsamor AES dünyanın 5 təhlükəli atom elektrik stansiyası siyahısına daxildir"

Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddəti 10 il uzadılıb. İqtisadi məsələlər üzrə Ermənistan - ABŞ hökumətlərarası komissiyanın iclasının yekununa dair Ermənistan enerqetika naziri və ABŞ-nın bu ölkədəkı səfiri Con Heffem anlaşma Memorandumu imzalayıb.

Amerikalı diplomat Ermənistanın 2016-ci ildə stansiyanın istismar müddətini artırmaq istədiyini və ölkəsinin bütün lazımi texniki dəstəyi göstərməyə hazır oluğunu deyib. O, ABŞ hökumətinin stansiyanın təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün əlindən gələn köməkləri edəcəklərini də açıqlayıb.

2003-cü ildən Metsamorun idarəçiliyinin Rusiyanın Rosatoma məxsus olduğunu deyən ekspert Cümşüd Nuriyev hesab edir ki, ABŞ-ın bu addımı atması ilə rəsmi Moskva ilə Vaşinqtonun maraqları toqquşacaq. Ekspertin sözlərinə görə, Metsamor AES-in hər iki bloku Çernobl AES-də kimi olduğundan ABŞ stansiyanın bağlanmasına 200 milyon avro ayırıb.

Ekspert Cümşüd Nuriyev bildirib ki, hazırda Ermənistanı elektrik enerjisi ilə təchiz edən Metsamor AES dünyanın 5 təhlükəli atom elektrik stansiyası siyahısına daxildir . 1976 -ci ildə tikilən bu stansiyanın 26 illik müddəti var. Texniki ekspertizadan keçən nüvə reaktorunun istifadəsi 2016-ci ilə qədər uzadılıb. Ermənistan isə bu stansiyanı yeni AES fəaliyyət başlayana qədər işlətmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə