Polis 6 həmkarını öldürüb

Əfqanıstanın Hilmend vilayətində polis məmuru 6 həmkarını odlu silahla qətlə yetirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hilmend təhlükəsizlik nümayəndələrindən olan Samunval Məhəmməd İsmayıl Hutek Fark bölgəsində nəzarət məntəqəsində xidməti vəzifələrini yerinə yetirən 6 polis məmurunu silahla qətlə yetirib.

Hadisədən sonra qaçan cinayətkar Musa qala şəhəri yaxınlığında saxlanılıdığı bildirilir. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə