28 min insan itkin düşüb

Suriyada ötən ilin mart ayının 15-də 10 uşağın divara yazdığı yazıya görə işgəncəyə məruz qalmasına qarşı başlayan üsyan getdikcə daha da böyüməkdədir. Ölkədə 19 ayda təxminən 30 min insan qarşıdurma zamanı ölüb, 28 min insan isə itkin düşüb. Vətəndaşlar bildirib ki, itkin düşənlərin əksəriyyəti Bəşər Əsəd rejimində fəaliyyət göstərən silahlılar tərəfindən qaçırılıb. İtkin suriyalıların sayının 80 min olduğunu deyən mənbələr vətəndaşları təşvişə salıb.

Beynəlxalq qurumlar bildiriblər ki, əgər Əsəd rejimi sona çatmasa, bu rəqəm getdikcə artacaq və hazırda Suriyada heç kim güvəndə deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə