Rusiyadan Türkiyəyə xəbərdarlıq!

Rusiyadan Türkiyəyə xəbərdarlıq!

Rusiya Rostov şəhərində "Cənub hərbi baza"sında son model S-400 hava hücumundan müdafiə raket batereyalarını yerləşdirir. "Cənub hərbi baza"sının komandiri general İqor Qorbulun verdiyi açıqlamaya görə ilin sonuna kimi bazada yerləşdirilmiş S-300 raket kompleksləri S-400 lərlə əvəzlənəcək. Qorbulun açıqlamasına görə 500 km mənzillli raketlər bütün növ təyyarə həmçinin raket və balistik raketləri məhv etmək gücündədir.

Qeyd edək ki, son günlər Rusiyadan Dəməşqə uçan Suriya təyyarəsinin endirilməsinə görə Türkiyə ilə Rusiya arasında gərginlik yaşanmışdı. Bəzi qaynaqlara görə, raket komplekslərinin yerləşdirilməsi NATO-nun üzvü olan Türkiyəyə xəbərdarlıq məqsədi daşıyır.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə