Hollandiyada milyonlarla avroluq soyğun

Hollandiyada milyonlarla avroluq soyğun

Hollandiyanın Rotterdam şəhərindəki bir muzeydə gecə saatlarında baş verən soyğunda tanınmış sənətçilərə aid 7 rəsm əsəri oğurlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hollandiya polisi açıqlamasında bildirib ki, oğurlanan əsərlərdən ikisi Klaud Monetə, digərləri isə Pablo Pikasso, Henri Matisse, Paul Gauguin, Meyer de Haan və Lusian Freuda aiddir.

Məlumatda deyilir ki, oğurlanan əsərlərin milyonlarla avro qiyməti var. Oğurluq hadisəsi ilə əlaqədar istintaq-əməliyyat tədbirləri həyata keçirilir və təhlükəsizlik kamerasının yaddaşına düşən görüntülər araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə